Qoç - düşündüyünüzü deməyin, tənqidləri azacıq zəiflədin, yaxın ətrafınızdakı insanlara ünvanlanmış iradlara son qoyun.
Davranışınız bəzilərinin xoşuna gəlmir. Amma onlar sizinlə münasibətləri korlamaq istəməyərək danışmırlar.
Səmimi, həssas olun. Belədə ünsiyyətdə problemlər yaranmayacaq.
Karyera pilləkəni ilə irəliləmək, peşəkar mövqelərini möhkəmlətmək şansınız var.
İstənilən çətinlikdəki məsələlərin həlli uçun əlverili gündür. Müşkülləri asanlıqla çözə bilərsiniz.
Gözlənilən qonaqları qəbul etmək, işgüzar şəraitdə qeyri-formal şəraitdə məsələləri həll etmək olar.
Alış-veriş uğurlu olacaq.
Buğa - yolunuzda yaranan sədləri təkbaşına dəf etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin və ya hadisələrə təsir imkanlarına malik adamın təklif etdiyi yardımlardan istifadə edin.
Eksperimentlər aparmaq, yeni metodları sınamaq olar. Bir şərtlə ki, uğursuzluq olarsa, məsuliyyət bütünlüklə çiyinlərinizə düşməsin.
Təcrübəsi sizdən az həmkarlarınızdan dəstək və məsləhətlərinizi əsirgəməyin. Bir müddət sonra onlar sizə faydalı olacaqlar.
Əks cinslə ünsiyyət yaxşı alınacaq.
Axşam saatlarında görüşlər və danışıqlar xoş təəssürat yaradacaq. Gözlənilməz, amma çox xoş hədiyyələr istisna deyil.
Əkizlər - qarşılaşdığınız, təmasda olduğunuz insanları anlamağa çalışın. Onların fikir, mövqe, dünyabaxışları fərqli ola bilər, lakin dedikləri sözlər məntiqlidir.
Bununla belə, ifrat səmimiyyətə varmayın. Bədxahlarınızın intriqalarını faş edin, məkrli planlarını dağıdın.
Yaxınlarınızla münasibətləriniz harmonik olmalıdır. Birlikdə olsanız, çox işlər görə bilərsiniz.
Günün ikinci yarısı bilik, bacarıq və məlumatların artırılması üçün əlverişlidir. Dostlarla və münasib tanışlarla istirahətə yollana bilərsiniz.
Axşam saatlarında pozitiv etiraf eşidəcəksiniz.
Xərçəng - laübəli, qarışıq, təbəddülatlı gündür. Qeyri-adi təəsüratlar, böyük uğurlar, başgicəlləndirən macəralar istəyirsiniz.
Ola bilər ki, onları tapasınız. Lakin bütün cari işləri başa vurandan sonra axtarışlara yollanın.
Əks halda əhvalınız pozulacaq. Ən məsuliyyətli və önəmli anda həll olunmamış problemlər üzə çıxacaq.
Tikintiyə başlamaq və ya daşınmaz əmlak almaq üçün yaxşı gündür. Əgər planlarınızda belə iş yoxdursa, yaşam arealını təkmilləşdirin.
Günün ikinci yarısı ünsiyyət, işgüzar görüşlər, nüfuzlu insanlarla təmaslar üçün yaxşıdır.
Tərəfdaşda müsbət təəssürat yaradacaqsınız. Lakin unutmayın ki, həssas və sayıq olmalısınız. Faydalı imkanları əldən verməyin.
Şir - hadisələr və proseslərlə zəngin gün deyil. Əvvəllər başladığınız işləri bitirin. Günün ilk yarısında münaqişə və qarşıdurma riskləri böyük olduğundan soyuqqanlı, təmkinli davranın.
Sizə qarşı xeyli iradları olan həmkarlarla dil tapmaq çətindir. Halbuki onların iradlarının əksəriyyətinin heç bir əsası yoxdur. İşdə rəhbərlik sizin tərəfinizi tutsa da, mühit rahat olmayacaq.
Günün ikinci yarısında vəziyyət stabilləşəcək, əhvalınız yaxşılaşacaq.
Maraqlandığınız işlə məşğul olmağa başlayacaqsınız. Qəfil görüş, əvvəl sizə fikir verməyən insanla təmas, sizinlə maraqlanan adamla danışıqlar olacaq.
Ağıllı insanın rəğbətini qazanmaq şansını əldən verməyin.
Qız - xeyli əvvəl planlaşdırdığınz işi başa vurmağa çalışın. Şövq və istəklə çalışsanız, asanlıqla müttəfiq tapacaqsınız.
İndiyədək sizə qarşı mövqe tutan insanlardan birindən gözlənilməz şəkildə dəstək ala bilərsiniz. İmiclə bağlı eksperimentlər aparmayın.
Günün ikinci yarısında yeni müttəfiq qazana bilərsiniz.
Ekstravaqant görünməkdən çəkinməyin - təki ideyalarınızı qarşı tərəfə çatdıra biləsiniz.
Qətiyyətli və əzmkar olun. Hüquqlarınızın tapdanmasına imkan verməyin.
Tərəzi - səhər saatlarında anlayacaqsınız ki, sizi çətin gün gözləyir. Sədləri aşmaq və maneələri dəf etmək üçün enerjili olun.
İnandığınız insan aldada bilər. Qayğılanmayın, çünki həmin adam pis şəraitin qurbanı olaraq uyğunsuz addım atıb.
O, səhvini düzəltməyə çalışacaq.
İşgüzar məsələlərin müzakirəsində diqqətli olun, sayıq davranın.
Şəxsi münasibətlərdə bütün məsələlər göründüyü qədər sadə deyil.
Bir qədər düşünsəniz, maraqlı tərəflərin hamısını razı salacaq variant tapa bilərsiniz.
Günün sonlarında planlaşdırılmamış xərclərin yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yaratması istisna deyil.
Əqrəb - işgüzar danışıqlar üçün əla gündür. Tərəfdaş və nüfuzlu insanlarla söhbətlərdə onlar sizi anlayacaqlar.
Dəvət aldığınız toplantılara qatılın. Lakin kəskin diskussiyaya hazır olun. Belə mübahisədən qalib çıxmaq asan olmasa da, dartışma maraqlıdır.
Üstəlik, mübahisələrdə həqiqətin doğulması istisna deyil.
Xırdalıqlarla həssas olun, sənədlərlə işdə diqqətli davranın. Səhvlər baha başa gələ bilər.
Günün ikinci yarısında qatıldığınız tədbirlərlə xoş təəssürat yaratmağa çalışın.
Nəzakətli, müdrik olun.
Əks cinslə münasibətlərdə soyuqqanlı davranın, qısqanclığa səbəb yaratmayın.
Oxatan - yeni işlər və planlar üçün əlverişli zamandır. Uğur əldə etmək asan olmayacaq.
Fəqət, nə qədər çox mane və sədd dəf etsəniz, qətiyyətiniz bir o qədər artacaq.
Situasiya sürətlə dəyişir. Hətta ən kiçik detallarda və xırdalıqlarda yanlış davranmamaq üçün planı yeniləyin.
Sərfəli anlaşma və ya razılaşma əldə edərək gəlir əldə etmək üçün əlverişli gündür. Gəlir istisna deyil.
Günün ikinci yarısında ətrafınızdakı insanların əməllərinin dəyərləndirilməsində problemlər yarana bilər.
Sizə rəğbət bəsləyən insanları bədxahlıqda suçlamayın və sizdən sui-istifadə etməyə çalışanlara aldanmayın.
Oğlaq - praktiki baxımdan faydalı iş görmək asan deyil. Əhvalınızı pozmayın, ruhdan düşməyin.
Xoş insanlarla ünsiyyət, dostlarla görüş, romantik təmaslar üçün yaxşı gündür.
Günün ikinci yarısında faydalı təmaslar ola bilrə. Hisslərinizə hakim olun, emosiyalara qapılmayın. Səmimi davranın.
Maliyyə məsələlərində ehtiyatlı olun. İmkan və resurslarınızı qədərindən artıq dəyərləndirməyin, zərurət duymadığınız əşyalar almayın.
Riskli sərmayələrə əl atmayın.
İndiki iş yerinizdən narazısınızsa, yeni iş yerinin axtarışlarına çıxın. Maraqlı təkliflər ala bilərsiniz.
Dolça - ev işləri çox vaxt alacaq və bu səbəbdən işlərin bəzilərində ləngimələr ola bilər.
Yaxın ətrafınızdakı şəxslərin müdaxiləsi problemi qısa zamanda həll etməyə imkan verəcək.
Aldığınız çoxsaylı məsləhətlər göründüyü qədər yaxşı deyil. İntuisiyanızın səsinə qulan asın. Qarşılaşdığınız insanlara diqqət yetirin. Onlardan biri yaxın ayda həyatınızda önəmli yer tutacaq.
Alış-verişdə bədxərclik etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun.
Onlar etibarınızdan sui-istifadə edərək sizi aldada bilərlər.
Balıqlar - yeni əməkdaşlığa başlamaq üçün əlverişli zaman deyil. Uzun zamandan bəri məhsuldar və yaxşı çalışdığınız insanlarla belə, dil tapmaq çətindirsə - yeni tərəfdaşlar barədə nə demək olar?
Ünvanınıza yetərincə tənqid səslənir. İradlara diqqətlə qulaq asın, çünki onlarda sağlam məzmun var.
Alış-verişdə çox pul xərcləməyin. Mühüm maliyyə məsələlərinin həllini daha əlverişli vaxtadək təxirə salın.
Günün ikinci yarısı çətin olacaq.
Qeyri-populyar qərarlar qəbul edərək yaxın insanların narazılığına səbəb ola bilərsiniz.
Müstəqilliyə can atırsınız, amma asudəlik asan deyil. Yaşlı qohumlarla təmaslarda səbrli olun. Onlar bu gün həssas davranış istəyirlər.
Milli.Az