Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
6.1.2012

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir: “İsa Peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər və etiqadlar əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər”.