Bakı Caz Mərkəzi yeni mövsümü qala konsertlə açacaqdır
11.9.2013

Sentyabrın 13-də Bakı Caz Mərkəzi yeni mövsümü məşhur Azərbaycan caz musiqiçilərinin iştirakı ilə keçiriləcək qala-konsertlə açacaqdır.
Konsertdə əməkdar artistlər İsfar Sarabski (piano), Ruslan Hüseynov (bas), Tofiq Cabbarov (perkussiya), Salman Qəmbərov (piano), Tünzalə Ağayeva (vokal), Rain Sultanov (saksofon), Sevda Ələkbərzadə (vokal), Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov (piano), beynəlxalq caz festivallarının iştirakçıları Elçin Şirinov (piano), Aysel Məmmədova (piano-vokal), Əfqan Rəsul (piano), Emil Həsənov (bas), Ramin Sultanov (baraban) və digərləri çıxış edəcəklər.
Gecənin aparıcısı Rahib Azəri olacaqdır.

AzərTAc