Gözə görünməyən göydələn tikilir - İNANILMAZ LAYİHƏ
11.9.2013

Cənubi Koreyada qeyri-adi göydələnin tikintisinə başlanılıb.

Seulda tikiləcək, 450 metr hündürlüyü olacaq bina demək olar ki, görünməyəcək. Bu isə xüsusi işıq effektləri ilə olacaq.

Tower Infinity adlanan layihə inşaat bürosu GDS Architects tərəfindən 2004-cü ildə hazırlanıb. Bina dünyanın 10 ən hündür binaları arasında olacaq. Bina beynəlxalq biznes rayonunun mərkəzində yerləşəcək. İşıq effektləri və fasadın sınıq xətləri sayəsində binanı aşağıdan görmək mümkün olmayacaq. Binanın üstü kristal formasında hazırlanıb. Onun sayəsində aşağıdan baxanda sanki bina havada, buludların arasındadır kimi görünəcək.

Publika.Az