Dünyanın ən böyük katamaranı üzdü
11.9.2013

Dünyanın ən böyük katamaranı Atlantik okeanında səyahəti bitirib.

Günəş batareyası ilə çalışan katamaran Atlantik okeanında üç ay üzdükdən sonra Parisə çatıb. Turanor Planet Solar adlı katamaranın uzunluğu 31 metrdir. O iyunun əvvəlində Mayamidən səyahətə başlayıb. Sahibinin sözlərinə görə, katamaran günəş olmayanda da 4 gün çalışa bilir. Gəminin göyərtəsində olan alimlər Qolfstrim cərəyanını tədqiq ediblər.

publika.az