Artıq payız mövsümü başlayıb. Yeni mövsümdə hamını, xüsusilə qadınları yeniliklər, mövsümün geyim, makiyaj, saç düzümü dəbi daha çox maraqlandırır.
Pişik göz qadın - Retro cazibəsi təkcə saç və geyim dəbinə deyil, makiyaj dəbindən də təsirsiz ötüşməyib. Solğun dodaqlar, qüsursuz dəri və cəzbedici gözlər mövsümün əsas makiyaj trendidir. Son zamanlar makiyajın ayrılmaz hissəsi olan laynerlər payızda da olduqca aktual olacaq.
Retro şahzadələri - VeBottega Veneta tərəfindən yaradılan 40-cı illərin lüks makiyaj və saç modelləri yenidən geri qayıdır. Dizaynerlərin əksəriyyəti yeni payız-qış kolleksiyalarında da retro stilə geniş yer verib.
Qırmızının cazibəsi – Qırmızı rəng bu mövsüm böyük dönüş edəcək. Dizaynerlər və makiyaj ustaları qırmızı dırnaq boyalarının payızda dəbdə olacağını xəbər verirlər. Bu ideya “Valentino”, “Burberry”, “Chanel” və digər məşhur brendlər tərəfindən təqdim edilib.
Metalik makiyaj – Metal rəngli makiyajlar 2014-ün qışına da damğa vuracaq. "Christian Dior" dəfiləsində metalik göz makiyajları ilə diqqət çəkmişdi. Olduqca cəsur seçimdir. Qış mövsümündə yad planetlilərə bənzəyən qadınları görməyə indidən hazır olun.
Təbii makiyaj – Kosmetik vasitələrindən minimum dərəcədə istifadə edərək təbii gözəlliyi üzə çıxarmaq 2014-cü ilin makiyaj dəbinə daxildir. Bu dəb təbii gözəlliyə üstünlük verən və şit makyajı sevməyənlərin ürəyincə olacaq.
Video 1
Video 2
Video 3
publika.az