Masallıda yol tikintisinə 4,7 milyon manat ayrılıb
12.9.2013

Azərbaycan prezidenti İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qırx üç min nəfər əhalinin yaşadığı 31 yaşayış məntəqəsini birləşdirən Həsənli-Xırmandalı, Kürdəbazlı-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-İkinci Səmədxanlı–Alışanlı-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil avtomobil yollarının tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılıb.

APA