Böyük Britaniyada kağız pullar əvəzinə pambıq lifi və kətandan hazırlanan plastik kartlar hazırlana bilər.
İngiltərə Bankı hazırda bu imkanı nəzərdən keçirir. Mərkəzi Bank məsələ ilə bağlı təfərrüatları sonra açıqlayacaq.
Mərkəzi banklar arasında plastik pulları ilk dəfə 1988-ci ildə Avstraliya Ehtiyat Bankı buraxıb. Hazırda dünyanın bir çox mərkəzi bankları polimer əsginazlardan istifadə edir. Bu banklar sırasına Kanada Bankı da daxildir. Daha əvvəl bu banka Britaniya Mərkəzi Bankının indiki rəhbəri Mark Karni başçılıq edib.
M.Karni daha əvvəl bildirmişdi ki, müəyyən üstünlükləri olan polimer pullara keçilsə, ictimai məsləhətləşmələr aparılacaq.
Plastik banknotların buraxılışı baha başa gəlsə də, kağız pullardan daha uzunömürlü və ekolojidir. Belə pulların saxtasını hazırlamaq çox çətindir.
Trend