Yeni dərs ili ərəfəsində bir sıra uşaq musiqi və incəsənət məktəbləri binalarının açılışları olacaq
12.9.2013

2013-2014-cü dərs ili ərəfəsində bir sıra Uşaq musiqi və incəsənət məktəbləri binalarının açılışları olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən bir sıra bədii təhsil müəssisələri binalarının açılışları olacaq.

Belə ki, 2013-2014-cü dərs ili ərəfəsində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindəki 4 nömrəli Uşaq İncəsənət, Binəqədi rayonu Biləcəri qəsəbəsindəki Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət, Nəsimi rayonundakı Şövkət Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi və Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət məktəblərinin binaları əsaslı təmir və yenidənqurma işlərindən sonra müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Trend