Güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 21750 ədədə çatıb
12.9.2013

“Xalq kompüter”i layihəsi çərçivəsində satılan kompüterlərin sayı 21750 ədədə çatıb.
Bu barədə layihənin saytına istinadən xəbər verilir.

Qeyd edək ki, “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir.

Kompüterlər bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər.

Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.

gun.az