Bananlı çörək necə hazırlanır?
12.9.2013

Bananlı çörək həm böyüklərin, həm də kişiklərin sevimli qidasıdır.

Ərzaqlar: 2 stəkan un, 3/4 stəkan şəkər, 2 çay qaşığı qabartma tozu, 1/2 qaşıq karbonat(soda), 1/2 çay qaşığı duz, 1 yumurta, 3/4 stəkan süd, 1/4 stəkan alma pürəsi, 1,5 banan pürəsi.

Hazırlanması: Sobanı 180 dərəcə isidin. Yaş ərzaqları yaxşıca qarışdırın. Sonra quru ərzaqları əlavə edin. İstəsəniz, qoz da əlavə edə bilərsiniz. 50 dəqiqəyə qədər rəngi tündləşənə qədər bişirin. Sobadan aldıqdan sonra 5-10 dəqiqə soyumasını gözləyin.

Publika.Az