Azərbaycanlılar “uzaq sahillərə” axışır
12.9.2013

Rusiya və Azərbaycan vətəndaşları Çernoqoriyanın Adriatik dənizi sahillərində yerləşən Budva şəhərinin Zavaba burnundakı “Dukley Gardens” kompleksində ən çox mənzil alanlar sırasındadırlar.
Obyektdə yaşayış mənzillərinin qiyməti bir kvadratmetrə görə 5-8 min avro arasında dəyişir.

“Biz bu qiymətə Çernoqoriyada az adamın verə biləcəyi yeni lüks keyfiyyət təklif edirik”, - deyə “Dukley Gardens” layihəsinin mətbuat katibi Milena Spahiç bildirib.

Onun sözlərinə görə, Çernoqoriyada daşınmaz əmlak bazarı rusiyalı alıcılara söykənir. Son vaxtlar Çernoqoriyada mənzil almaqda maraqlı olanlar arasında azərbaycanlılar da çoxalıb.

“Dukley Gardens” kompleksində bu yaxınlarda çimərlik və yeni restoranın açılışı olub, Zaval burnunun yaşıllaşdırılması işləri başa çatdırılıb. Obyektin tikintisinin 2014-cü ilin inşaat mövsümünün sonunda təhvil verilməsi planlaşdırılır.

gun.az