Şahzadə onunla görüş üçün 500 min dollar verdi
12.9.2013

Kristen Stüart Yaxın Şərqdən olan sirli şahzadə ilə 15 dəqiqəlik görüşə razılıq verib.

Şahzadə bunun əvəzində Sendi qasırğasından əziyyət çəkənlərə yardım fonduna 500 min dollar verib.

Bu məlumatı produsser Harvi Vaynşteyn verib. Produsser deyib ki, bu ilin sonunda şahzadə fonda müraciət edərək 22 yaşlı aktrisa ilə görüşmək istədiyini, bunun əvəzində böyük məbləğdə yardım edəcəyini deyib. Kristen isə bu təkliflə razılaşıb. Sonra isə o şahzadə ilə görüşərək 15 dəqiqə vaxt keçirib. Şahzadənin kim olduğu deyilmir.

publika.az