Türkiyədə 1 ton 350 kiloqram ağırlığında buğa yetişdirilib.
“Simental” növə aid buğa bu çəkiyə 2 il yarım sonra gətirilib. Buğa görənləri heyrətə gətirir.
Sahibi Bəkir Əlibol onu “Qurban bayramı”nda 7 000 dollara satışa çıxaracaq. Əlibol 15 ildir heyvandarlıqla məşğul olur.
Hər il ağırlığı 1 tona yaxın olan buğalar yetişdirir. Onun sözlərinə görə bu sahə diqqət və məsuliyyət tələb edir. “Buğaları yonca, saman və inək yemi ilə bəsləyirik”.
Qeyd edək ki, Bəkir Əlibol 2 il əvvəl də iri buğa yetişdirmişdi. Həmin buğanın çəkisi 1 ton 250 kiloqram idi və “Qurban bayramı”nda 6 min dollara satılmışdı.
xezerxeber.com