Günün qoroskopu
13.9.2013

Qoç - ifrata vararaq tələsik addımlar atmasanız, impulsiv hərəkətlər etməsəniz və yarımçıq qərarlar verməsəniz, uğurlu gündür. Əvvəlcədən tərtib olunmuş plana riayət etsəniz, real nəticələr əldə edəcəksiniz. İmprovizələr uğursuzdur. Planlaşdırılmamış alış-verişə yollanmayın.
Qənaətli olun. Yaxın vaxtlarda pula ehtiyacınız olacaq.

İşgüzar danışıqlar uğurla keçəcək. Karyera inkişafınızda asılı olduğunuz insanlarda xoş təəssürat yaratmağa çalışın.

Günün ikinci yarısı dostlarla görüş, sizin üçün önəmli məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün əlverişlidir.
Hisslərinizi etiraf edin.

Buğa - başladığınız işlərdə uğur və irəliləyişlər vəd edən gündür. Qətiyyət və intizam çətinlikləri dəf etməkdə yardımçınız olacaq. Tənbəllik etməyin, mühüm işləri başqalarına həvalə etməyin. Aktual məsələlərin həllini təxirə salmayın.

Bütün bunlar bədxahlarda paxıllıq yaradacaq nəticələr əldə etməyə imkan verəcək.
Gərəksiz riskə varmayın. Sınanmış metodlardan istifadə etsəniz, itki verməyəcəksiniz.

Günün ikinci yarısı yaxınlarınızla səmimi söhbətlər, sizi narahat edən problemlər, mübahisəli məsələlərin müzakirəsi üçün yaxşıdır. Kompromis əldə ediləcək.
Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - gün çətinliklərlə başlayır. Yolunuzda maneələr yaranır. Əhvalınızı pozmayın, ruhdan düşməyin.

Nikbin olun. İmkan, qüvvə və potensialınıza şübhə etməyin.

Ətrafınızdakı insanlar da sizə baxıb çətinlikləri dəf edəcəklərinə inanmalıdırlar.
Diqqət mərkəzindəsiniz, sizinlə maraqlanırlar.

Alış-veriş üçün əlverişli gündür. Yaxınlarınız üçün hədiyyələr seçin.

Xərçəng - bir çox problemləri, o cümlədən uzun müddətdən bəri baş sındırdığınız məsələləri bu gün asanlıqla həll edə bilərsiniz.

Sərfəli razılaşmalara nail olmaq, əməkdaşlıqla bağlı yeni təkliflər almaq olar. İndiki işinizdən daha yaxşı iş yeri tapa bilərsiniz.

Günün ikinci yarısında çətinliyə düşmüş insana yardım edin.

Gəlirlər olacaq. Onların məbləği böyük deyil, lakin pul vaxtında gəldiyi üçün önəmlidir. Bilik, informasiya və təcrübə əldə etmək üçün əlverişli zamandır.
Maraq və niyyətlərinizi bölüşən insanla tanış ola bilərsiniz.

Tanışlıqla başlanan münasibətlərin dostluğa çevrilmə ehtimalı var.

Şir - yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapın. Hətta indiyədək anlamaqda çətinlik çəkdiyiniz insanlar belə, sizinlə çalışmaqdan razı qalacaqlar. İşgüzar danışıqlar üçün əlvreişli zamandır. İşlə bağlı fikir ayrılıqları asanlıqla aradan qaldırılacaq.

Münaqişələr və ixtilaflara son qoyun.
Yeni müttəfiq və şərik, tərəfdaş axtarışları, habelə həmfikir komandasının formalaşması üçün əlverişli zamandır.

Şəxsi həyatınızdakı problemlər fəaliyyətlə müqayisədə təxəyyül və illüziyalara üstünlük verməyinizlə bağlıdır.

Yaxınlarınız bunu anlamırlar. Ciddi münaqişə və ya mübahisə təhlükəsi yoxdur.

Qız - tələskən və kəmhövsələ olmayın. İrəli atılmaq əvəzinə qarşınıza qoyduğunuz məqsədə doğru aramla irəliləyin. Səbrli olun. Hadisələrin inkişaf tempi və məcrası haqlı olduğunuzu göstərəcək.

İşlərdə ehtiyatlı olun. Maliyyə məsələlərində sayıqlığı əldən verməyin. Uzunmüddətli sazişləri müzakirə etmək, əmək müqaviləsi imzalamaq məsləhət deyil. Situsiya yaxınlarda dəyişəcək. Öhdəliklər olarsa, vəziyyətdən yararlana bilməyəcəksiniz.

Qətiyyət və əzm şəxsi problemlərin həllində kömək edəcək.

Önəmli saydığınız insanın rəğbətini qazanmaq üçün bütün vasitələrə əl atın.

Tərəzi - günün ilk yarısında çətinlik çəkəcəksiniz. Formalaşmış situasiyanı dəyərləndirmək, yaxın ətrafınızdakı insanların davranış və motivasiyalarını anlamaq asan deyil.

Yaranan perspektivlər cazibədar təsir bağışlasalar da, sizi narahat edən məqamlar var. Sonradan yol verilən səhvlərin pərişanlıq yaratmaması üçün intuisiyanızın sizə verdiyi işarələrə fikir verin.

Tənbəllik etməyin, ətalətli davranmayın. Məqsədə çatmağınız bu gün əzm və qətiyyətinizdən, işgüzarlığınızdan asılıdır.
Zərərli vərdişlərdən birini unudun.

Günün ikinci yarısı xeyli yaxşı keçəcək. Konstruktiv olun, əvvəllər çəkindiyiniz sədləri dəf etməyə çalışın. Yaşamınızda əhəmiyyətli rol oynayan insanla görüş yaxşı keçəcək.
İşgüzar və şəxsi münasibətlərdə irəliləyişlər olacaq.

Əqrəb - işgüzar maraqlarınızın olduğu insanlarla dil tapın. Peşəkar fəaliyyət sahəsində uğur qazanmaq, karyera müstəvisində irəliləmək, xoş təəssürat yaratmaq olar.
Mühüm sənədlər imzalamaq, anlaşmalara nail olmaq mümkündür.

Maliyyə məsələlərində intuisiya sizi aldatmasın.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə fikir ayrılığı, sevdiyiniz insanla mübahisə istisna deyil.

Həssas və diqqətli olun. Düşünmədən deyilən sözlər əziz saydığınız insanların qəlbini yaralaya bilər.

Oxatan - əlverişsiz emosional fona malik gündür. Bu səbəbdən də nə isə alınmayanda sinirlənirsiniz.

Sinirlərinizin pozulması, əsəbləşməyiniz üçün kiçik olay yetərli olmamalıdır. Sərt açıqlamalarınız sizə düşmən qazandıra bilər. Sənədlərlə iş zamanı təfərrüatlara varmasanız, ciddi səhvlərə yol verəcəksiniz.

Əvvəlcədən hazırlanmış plan çərçivəsində çalışmaq çətindir, çünki işlərinizə sürəkli kənar müdaxilələr var.
Günün ikinci yarısında yaxşı məsləhətlər alacaq, çətinliklərin öhdəsindən gələcəksiniz.

Uğura nail olmaq üçün nəyin mane olduğunu araşdırın, bu maneələri aradan qaldırın.

Oğlaq - gün ərzində yaranan problemləri olduğundan ciddi qəbul etməyin. Onlar düşündüyünüz qədər müşkül və çətin deyil.

Sizə sədaqətini dəfələrlə sübut etmiş insanlara güvənin. Yeni tanışlar özləri istəmədən belə, çətin vəziyyətlərin səbəbkarları ola bilərlər. Diqqətsizlik maliyyə problemlərinə səbəb ola bilər. Bu isə əhəmiyyətli xərclərlə nəticələnəcək.

Pulu daha rasional xərcləməlisiniz.
Günün ikinci hissəsində hisslər, fikirlər və niyyətləri ayrıd edin.

Şəxsi həyatınızdakı laübədən qurtulun. Yaxınlarınızla səmimi olun, onlara inanın.

Dolça - etimada əsla layiq olmayan insanlara inanmayın. Əks təqdirdə ciddi itkilərə məruz qala bilərsiniz. Təhsil və ya təcrübə əxzi ilə bağlı problemlər istisna deyil. Başqasının təcrübəsindən yararlana bilmədiyiniz üçün fəaliyyətdə problemlər yaranacaq. Əhvalınızı pozmayın.

Xoşagəlməz insanlarla təmasda olmaq, qıcıq və sinirinizi cilovlamaq məcburiyyətindəsiniz. Asan deyil, amma bacarın.
Stress sizi xəstələndirə bilər.

Günün ikinci yarısında situasiya yaxşılaşacaq, pozitiv təmayüllərin təsiri artacaq.

Bir qədər rahat nəfəs alacaqsınız. Sevdiyiniz insanla asudə şəkildə söhbət edərək son vaxtlar ikinizi də narahat edən problemi həll edə biləcəksiniz.

Balıqlar - işgüzar və şəxsi münasibətlər müstəvisində maraqlı görüşlər bol olacaq. İş və şəxsi problemlərlə eyni vaxtda məşğul olmaq məcburiyyətində qalacaqsınız. Narahat olmayın, enerjiniz yetərincədir.

Böyük ümidlər bəslədiyiniz layihəni başa vurmaq və ya çox bəyəndiniz ideyanı gerçəkləşdirmək şansı var.

Uğurdan sonra yaşanacaq dəyişikliklərdən çəkinməyin.
Yaşam və fəaliyyət arealını qaydaya salmaq, gərəksiz əşyalar və hisslərdən qurtulmaq üçün əlverişli gündür.

Gündəlik istifadə əşyaları ilə yanaşı, fikirləriniz və niyyətlərinizdə də nizam yaradın.

Milli.Az