"Arvad intriqan və ya Öz aralarında aktoyrlar" tamaşası
9.1.2012

2012-ci il yalnız 17 və 18 fevral Rus Dram Teatrının səhnəsində Rusiyanın Xalq artisti, SSR və Rusiya Dövlət Mükafatı Laureatı İrina Muravyeva "Arvad intriqan və ya Öz aralarında aktoyrlar" komediyasında! Pyes -Dmitri Suxarev, musiqi - Sergey Nikitin. Komediyada iştirak edirlər: Rusiyanın xalq artisti, Rusiya Dövlət Mükafatı Laureatı -Yulen Balmusov, Rusiyanın Əməkdar artistləri -Boris Şuvalov, Aleksandr Andrienko.
Rejissor -Rusiyanın əməkdar incəsənət xadimi -Leonid Eydlin, baletmeyster - Rusiyanın əməkdar incəsənət xadimi Pyotr Qrodniskiy, Konsertmeyster - Vladimir Sveşnikov.
"İmperator teatrları"nın iki aktyoru öz yoldaşlarına oyun qurmaq qərarına gəlirlər. Üçüncü "subaylıq qardaşlığı"nı pozaraq gözlənilmədən evlənib. Lakin bu oyuna onun arvadı qarışır və onların planlarını pozaraq "öz pyesini" qurur. Tamaşa xoşbəxt finalla başa çatır.