"Çalıquşu"nun yeni anonsu yayıldı (VİDEO)
13.9.2013

Rəşad Nuri Güntekinin eyni adlı romanından götürülərək dövrümüzə uyğunlaşdırılan “Çalıkuşu” serialının növbəti anonsu yayılıb. Yeni mövsümün iddialı seriallarından olan “Çalıkuşu” bir neçə gündən sonra yayımlanacaq.

Kanal D-də ekrana gələcək serial 1986-cı ildə TRT-də tamaşaçıların qarşısına çıxıb. Rəşad Nuri Güntekinin ölümsüz əsəri “Çalıkuşu” 27 il sonra Fahriye Evcen (Feride) və Burak Özçivit (Kamuran) ilə təkrar ekrana gələcək.

Qeyd edək ki, Feride xarakterini 27 il əvvəl Aydan Şener, Kamuran xarakterini isə Kenan Kalav oynamışdı.

Video 1
Video 2