Selena Qomez dünyaca ən gənc səfir seçilib
13.9.2013

Əslən Texasdan olan Selena Qomezdən xəbər var. Amerikalı gənc müğənni Castin Biberin keçmiş sevgilidi olan 21 yaşlı Qomez hər dəfə ya sevgilisi ilə olan söz-söhbətlə, ya da ki, geyimləriylə diqqət mərkəzində olub. Aktrisa və müğənni UNİCEF-in tarixində ən gənc xoşməramlı səfiri seçilib. Selena 17 yaşından etibarən bu təşkilata üzv olub.

Daha çox “Xana Mantana” serialından tanınmağa başlayan və bütöv adı Selena Mari Qomez olan bu gənc müğənnilik və aktrisalıqla yanaşı həm də mahnılar yazır. 2007-ci ildə “Volşebniki iz Veyverli Pleys” serialında canlandırdığı Aleks Russo roluna görə Kids' Choice Awards mükafatı qazanıb və həmin ildən etibarən ard-arda olaraq düz 4 il həmin mükafata sahibkarlıq edib.

2009-cu ildən etibarən isə Qomez “Selena Gomez & the Scene” pop qrupunun vokalisti kimi fəaliyyət göstərir. Az yaşının olmasına baxmayaraq 1 il öncə sənətçini Glamour jurnalı 2012-ci ildə ilin qadını seçib. Bütün dünyada idman geyimləri üzrə “Adidas” brendin simasıdır və hətta bu yaxınlarda həmin brendin dizaynerliyini etməyidə öz üzərinə götürüb.

anspress.com