Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün artıq 20 şəhər namizədliyini irəli sürüb.
Ötən gün Avropanın milli federasiyaları ərizələrini rəsmən UEFA-ya təqdim ediblər.
Namizədlər şəhərlər sırasında Azərbaycan paytaxtı Bakının da adı var. Bakı ilə yanaşı, İstanbul (Tükiyə), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Minsk (Belarus), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Bazel (İsveçrə), Brüssel (Belçika), Bilbao (İspaniya), Lion (Fransa), Amsterdam (Hollandiya), Belqrad (Serbiya), Sofiya (Bolqarıstan), Lissabon və ya Portu (Portuqaliya), Qlazqo (Şotlandiya), Kardiff (Uels) və Dublin (İrlandiya) şəhərləri də “Avro-2020”yə ev sahibliyi etmək üçün yarışacaqlar.
Lakin çempionatın oyunları Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin iki yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. “Avro-2016”da olduğu kimi “Avro-2020”nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Qeyd edək ki, “Avro-2020”yə ev sahibliyi edəcək namizəd şəhərlərin adları UEFA İcraiyyə Komitəsinin 19-20 sentyabr aralığında Xorvatiyada keçiriləcək iclasında təsdiqlənəcək.
Əlavə edək ki, UEFA Avropa çempionatının oyunlarının hansı şəhərlərdə keçiriləcəyini 2014-cü ilin sentyabr ayında açıqlayacaq.
Oxu.az