“FINCA Azerbaijan” müştərilərinin övladları üçün tələbə təqaüd proqramına başlamışdır
16.9.2013

“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı korporativ sosial məsuliyyət layihələri çərçivəsində Bilik günü ilə əlaqədar bu il ali təhsil müəssisələrinə daxil olmuş fəal müştərilərin övladları üçün “Biliyini kapitala çevir” tələbə təqaüd proqramına başlamışdır.
Proqramın məqsədi aşağı gəlirli müştərilərin ali məktəblərə yüksək bal ilə daxil olmuş övladlarına dəstək olmaqdır.
Proqram çərçivəsində 18 tələbəyə təqaüd verilməsi nəzərdə tutulur. Sənədlər sentyabrın 20-dək “FINCA Azerbaijan”ın filial və sub-ofislərinə təqdim edilməlidir.

AzərTac