Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
“Eurovision 2012” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə könüllü cəlb
olunmaq istəyənlərdən müraciətlərin qəbulu başa çatıb.
ARGTMŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlər
yanvarın 2-dən 6-dək qəbul edilib. Milli Şuradan bildirilib ki,
ümumilikdə 500 nəfər müraciət edib.
Onların arasından 200-ü “Eurovision-2012” Mahnı Müsabiqəsində könüllü kimi iştirak şansı qazanacaq.
Seçimlər zamanı xarici dilləri bilmə, etik davranış qaydalarına dair
bacarıqlar, tolerantlıq, motivasiya, liderlik qabiliyyəti, özünə inam,
cəld qavrama kimi meyarlar əsas götürüləcək.