Qadınlar daha estetik əməliyyat etdirməyəcək! - FOTO
16.9.2013

Çində orijinal layihə həyata keçirilib. Çində makiyaj və estetik əməliyyatlara alternativ olacağı düşünülən maska hazırlanıb. Qadınların makiyaja xərclədiyi vaxtı və pulu düşünən dizayner Zhuoying Li xüsusi yapışdırıcı maddə ilə üzdə dayanan maska düzəldib. Makiyajı nə qədər geridə qoyacağı bilinməsə də, çinlilər bu sahədə çox iddialıdır. Maska çox nazikdir və nəfəs alan xüsusiyyətə sahibdir. Üzdə əzələlər hərəkət edəndə mimikaların bilinməsinə səbəb olur.

Publika.Az