Bomjdan 20 milyon avro miras
16.9.2013

İtaliyanın Padue şəhərində bomj öldükdən sonra 20 milyon avro miras qoyub.

Quido Riççi 77 yaşında vəfat edib. O, küçədə yaşayıb və yerli kilsənin verdikləri ilə qidalanıb. Şəhərdə onu hər kəs tanıyıb. O havayı olan heç bir tədbiri qaçırmayıb ki, yemək yeyə bilsin. Bomj öldükdən sonra isə onun 20 milyon avrosu olduğu məlum olub.

Riççinin İtaliyada evi, xaricdə evi, bank hesabları var. Lakin Quido heç kimə vəsiyyətnamə yazmayıb.

Hazırda varislərin axtarışı gedir.

Bomjun yeganə miras qoyduğu şəxs həkimdir.

publika.az