Bu payızı bunlarsız keçirmək olmaz. Payızın ən dəbdə olacaq 6 geyimi bunlardır.
Sweatshirtlər
Bu trendi qışda hər yerdə görəcəyik. İdman eleqantlığı bu mövsüm olduqca gündəmdə olacaq. Buna görə də qardirobunuzda onlara da yer verin.
Mavi geyimlər
Payızın əvəzolunmaz tonlarındam biri mavi olacaq. Dəbi təqib edənlərdənsinizsə, qardirobunuzda mütləq mavi detallara yer verin.
Üsyankar detallar
Hər il bu mövsümdə motosiklet gödəkçələri qəlbimizdə öz taxtını qurur. Qısa, uzun, dəri və.s kimi bir neçə çeşidləri olan gödəkçələrdən vaz keçmək mümkün deyil. Küçələrdə tez-tez rastımıza çıxacaq. Siz də dəri gödəkçə alıb payız qardirobunuzu sevindirin!
Ağ hündürdabanlar
Bu trend qara çəkmələri bir kənara atmağa səbəb ola bilər. Ağ hündürdabanlar bu mövsümün yüksələn trendlərindəndir. Siz də heç vaxt itirmədən onlardan əldə edin.
Heyvan naxışları
Leopar, ilan dərisi basqıları və detalları bu mövsüm hər geyimdə rastımıza çıxacaq. Bir çox qadının sevimlisi olan modellər payızda da qardirobumuzda da yer almağa haqq qazanır.
Şəffaflıq
Transparan detallar bir müddətdir gözə çarpan trednlərdəndir. Bu mövsüm isə şəffaf detallar daha modern formada təqdim edilib. Zövqünüzədirsə, dolabınızda onlara da yer verin.
publika.az