Müsəlman dünyasının gözəli gələn həftənin çərşənbə günü seçiləcək. Müsabiqə İndoneziyanın paytaxtı Cakartada keçiriləcək.
Təşkilatçı və koordinator Eka Şantinin bildirdiyinə görə, bu müsabiqənin şərtləri digər gözəllik yarışlarından xeyli fərqlənir.
“Dindar, pozitiv model olmaq, bundan əlavı müasir dünyada dindar həyatı necə tarazladığınızı nümayiş etdirməlisiniz” – o deyib.
Yarışmaya müraciət edən 500 qızdan 20-si finala keçə bilib.
Onlar final günü podiuma təsəttür geyimində çıxacaqlar.
Gün.Az