“Azərbaycan inciləri” rəqs kollektivi beynəlmiləl konsertdə uğurla çıxış etmişdir
22.8.2011

Xarkovdakı Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti vilayətdə keçirilən yay mövsümü tədbirlərində fəal iştirak edir. Bu qurumun “Azərbaycan inciləri” adlı rəqs kollektivi “Beryozka” sağlamlıq düşərgəsində təşkil olunmuş beynəlmiləl konsertdə uğurla çıxış etmişdir.
Xarkov Vilayəti Administrasiyasının daxili siyasət və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi V.Zinçenkonun, düşərgə rəhbərliyinin, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin nümayəndələrinin, düşərgədə dincələn uşaqların valideynlərinin iştirak etdikləri konsertdə “Azərbaycan inciləri” rəqs kollektivinin çıxışı maraqla qarşılanmışdır.