Məşhurlar “Cazibəli rənglər” layihəsinə dəstək etməkdə davam edirlər – FOTO
16.9.2013

Sentyabrın 13-dən start götürən “Cazibəli rənglər” layihəsi davam edir.

Bu ayın 20-dək davam edəcək “Dəstək ver” silsiləsindən olan bu layihə zamanı 7 saylı Saray internat evinin sakini 21 yaşlı Nəzakət Muradovanın muncuqdan və müxtəlif dekororativ əşyalardan hazırladığı dekor işləri nümayiş olunacaq.

Həmçinin 282 saylı məktəbin 6-cı sinif şagirdi fiziki qüsurlu Samirə Hüseynovanın yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin sərgisi keçiriləcək.

Sərgiyə gələnlər arasında tanınmışlar da var. Onların arasında xalq artisti Canəli Əkbərov, şair Səlim Babullaoğlu, Azərbaycan əsilli türk müğənnisi Gökhan Erol və başqaları da var.

C.Əkbərov layihəni reallaşdıran “12 MAY”Group və “Xəyal” production-un rəhbərləri Hacı Səbuhi Rəcəb və Xəyal Rzanın xeyirxah əməlini alqışlayıb.

Təşkilat rəhbərləri öz növbələrində sənətkara sərgiyə təşrif buyurduğu üçün təşəkkürlərini bildiriblər.

Tanınmış qonaqlar sərgiyə tamaşa etdikdən sonra yardım məqsədi ilə satışda olan rəsm əsərlərindən bir neçəsini alıblar.

Gün.Az