Qoç - Bu gün xeyli yaxşı qərar qəbul edəcəksiniz. Fəqət bunların çox az hissəsini reallaşdıra biləcəksiniz. Möhtəşəm planlar qurursunuz, amma həyata keçirməyə başlayanda onlar nədənsə cılızlaşır. Nəinki gücünüzü, həmçinin maliyyə imkanlarınızı da düzgün qiymətləndirmirsiniz. Sizə tamamilə gərək olmayan əşyaları niyə alırsınız?
Yaxşı olardı ki, günü təmkinli biri ilə keçirəsiniz. Məsələn, zaman-zaman o, sizin yerdən üzülən ayaqlarınızı görərək, ətəyinizdən dartıb sizi göylərdən aşağı sala bilər. Ətrafdakılarla münasibətiniz heç ürəkaçan deyil, həyatınıza istənilən müdaxiləni çox ağrılı və aqressiv qarşılayırsınız.
Buğa - Hadisələrin yaxşıya doğru dəyişəcəyini gözləməyin. Boş söhbətlərə, aktuallığını itirmiş və ümumiyyətlə sizə aid olmayan məsələlərə çox vaxt itirirsiniz. Yersiz müzakirələrə qoşulur, gərəksiz yerə "alışırsınız", bu isə sizin düşmənləriniz üçün bir fürsətdir: sizi pis xasiyyətli adam kimi təqdim etmək bu gün onlara çox asandır, çünki özünüz buna rəvac verirsiniz.
Yeni bir işlə məşğul olmağa çalışın, bu sizi ruhlandıracaq və əhvalınızı qaldıracaq. Üstəlik, tez də müvəffəqiyyət qazanacaqsınız. Bu gün hobbi kimi baxdığınız bir məşğuliyyət isə sonra ciddi gəlir mənbəyinə çevrilə bilər.
Əkizlər - Yaxınlarınızla münasibətlərə aydınlıq gətirməyin vaxtıdır. Yoxsa bu gün yaranan səssiz narazılıq getdikcə böyüyə və ciddi bir münaqişəyə çevrilə bilər. Hələlik hər şey barədə açıq, kimisə incitmədən, küsdürmədən danışmaq olar. Yeni tanışlıqlar məsləhət görülmür, çünki bu gün insanları ayırd etməkdə çətinlik çəkirsiniz.
Boş vaxtınızı özünüzə sərf edin. Masaj, gözəllik salonları, idman müəssisələri bu gün yolunuzu gözləyir.
Xərçəng - Vacib saydığınız məqamda qəti söz demək çox çətin olacaq: sizə qarşı elə də dost münasibəti bəsləməyən birinin təsiri altındasınız. Günün emosional fonu sabit deyil, əhvalınız tez-tez dəyişir, hətta bəzən özünüzdən baş açmırsınız.
Əvvəlki günlərin problemilərinə qayıtmaq daha məsləhətdir. Əgər onları həll edə bilmirsinizsə, heç olmasa, bu barədə fikirləşin. Köhnə tanışlarınızgilə gedin. Çoxdankı münasibətləri yeniləmək olar. Ancaq bu zaman əvvəlki incikliyinizin sizə üstün gələ biləcəyini də nəzərə alın.
Şir - Monoton işlərdən qorxmayanlar üçün gün asan olacaq. Sürpriz gözləməyin, amma planlarınızı reallaşdırmağa inamla davam edin. Kiminləsə əməkdaşlıq məsləhət görülmür. Vacib qərarları müstəqil olaraq qəbul edin, çoxsaylı məsləhətləri dinləməsəniz də olar.
Bir çox Şirlər bu gün sevmədikləri bir şəxslə xoşagəlməz söhbət aparmalı olacaqlar. Ancaq vaxtdan başqa, ayrı vacib bir şey itirməyəcəksiniz. Odur ki, maraqlarınızı müdafiə etmək üçün hazırlaşdığınız döyüşü unudun.
Qız - Qəfil səfərlər mümkündür. Özünüzlə pul ehtiyatı götürün, çox güman ki, bu gün kisəniz boşalacaq. Yüksəkçinli, yaşlı, həmçinin hüquq-mühafizə orqanlarının işçiləri ilə mübahisələr ola bilər. Sürücü Qızlara hər bir detala fikir vermələri, yol hərəkəti qaydalarını pozmamaları tövsiyə olunur.
Sevgililər arasında fikir ayrılığı yaranacaq. Hələlik kompromiss tapmaq çətindir, amma şəraiti elə də çıxılmaz adlandırmaq olmaz. Əvvəllər etmədiyiniz hərəkətləri edə, qeyri-adi qərarlar verə bilərsiniz.
Tərəzi - Əvvəllər başladığınız işləri bitirmək üçün tələsin. Yaxın günlərdə sizi sınaqlar gözləyir, bu səbəbdən möhkəmlənməniz, qüvvə toplamanız gərəkdir.
Ətrafdakılarla münasibətlərinizi yaxşı adlandırmaq çətindir: tez-tez savaşır və küsüb-inciyirsiniz. Sizə elə gəlir ki, özünüzü düzgün və nəzakətli aparırsınız, amma sizin ittiham ünvanladığınız şəxslər bu fikirdə deyillər. Keçmiş problem və narazılıqları eşələmək heç məsləhət deyil.
Əqrəb - Hadisələr o qədər də çox deyil, amma gün çox şey vəd edir. Tezliklə can atdığınız məqsədə çatacağınıza əmin ola bilərsiniz: qəti addım atmağın vaxtı gəlib yetişdi. Güclü və nüfuzlu şəxslərə kömək üçün müraciət etmək lap yerinə düşərdi.
Şəxsi münasibətlər baxımından uğurlu gündür. Maraqlı tanışlıqlar mümkündür, hətta ehtiraslı romanın başlanması ehtimalı güclüdür. Ancaq siz başınızı çox tez itirirsiniz. Bürcün bir çox nümayəndələri üçün bu, xoşəgəlməz sonluqla bitə bilər. Günün ikinci yarısında səhhətiniz korlana bilər.
Oxatan - Günün çox hissəsini danışıqlara sərf edəcəksiniz. Bunların hamısını xoş adlandırmaq çətindir. Eyni zamanda, hər kəs öz mövqeyində qalsa da, iş münaqişəyə qədər gedib çıxmayaq. Müştərək iş başlamağı planlaşdırdığınz insanlarla bu gün görüşməyin, mübahisə işbirliyinizə son qoya bilər.
Uğurlu alış-veriş etmək şansınız var, intuisiyanız sizi yanıltmayacaq. Sevən Oxatanlar üçün axşam xoş sürprizlər hazırlayıb. Yeni tanışlıqlar isə qətiyyən məsləhət deyil: bu gün adamları tanıya bilmirsiniz.
Oğlaq - Uğursuz gündür. Ciddi itkiləriniz ola bilər. Əvvəlcədən almağı planlaşdırdığınız əşya və ya bir qədər məsrəfli əyləncə barədə unudun: maliyyə imkanlarınız buna yol vermir. Sizin üçün həddən ziyadə dəyərli bir şeyi itirmək ehtimalınız var.
Günün ikinci yarısı daha xoşdur: heç olmazsa, xoşagəlməz sürprizlər olmayacaq. Əyləncəli oyunlar oynamaq, puldan mərc etmək, şübhəli sövdələşmələr aparmaq qətiyyən məsləhət deyil.
Dolça - Diqqətinizi cəmləmək sizin üçün çətindir, bu səbəbdən ciddi işlərə girişməyin. Başqa bir şikayətiniz olmamalıdır, gün xoş keçəcək. Çoxdan görmədiyiniz bir tanışınızdan dəyərli hədiyyə ala bilərsiniz.
İstənilən münasibətlərin bərpası üçün uğurlu gündür. Hətta öləziməkdə olan məhəbbət macəranızı da təravətləndirə bilərsiniz. Amma unutmayın: "bərpa" işlərinin böyük hissəsi sizin üstünüzə düşür. Yeni tanışlıqlar ümidverici perspektivlər vəd edir. Aktiv istirahət və idmanla məşğul olmaq üçün yaxşı vaxtdır.
Balıqlar - Yaxşıca istirahət etmək lazımdır, çünki qarşıdakı günlər çətin olacaq və çox güc tələb edəcək. Müstəqil fəaliyyət məsləhət deyil, sizə kömək edəcək, məsləhət verəcək insanlar tapın. Xanım Balıqlar tərif eşitmək üçün dəridən-qabıqdan çıxacaqlar, amma təəssüf ki, qarşı cinsin nümayəndələri bu gün ağızlarına sanki su alıblar.
Ailədə münaqişələrə yol verməyin. Əgər hətta xırdaca bir mübahisə başlansa, onu yatışdırmaq sonra uzun vaxt aparacaq. Günün ən ağrılı məsələsi isə puldur. Yaxşı olar ki, maliyyə məsələsinə ümumiyyətlə toxunmayasınız. Axşama doğru gərginlik artacaq, odur ki, əsas problemlərinizi günün birinci yarısı həll etməyə çalışın.
Milli.Az