Modelyerlər gələn il ağ və qara rənglərin üstünlük təşkil edəcəyini proqnozlaşdırırlar
17.9.2013

Növbəti yaz-yay mövsümündə ağ və qara ən dəbli geyim rəngləri olacaqdır. Nyu-yorklu modelyer Ceni Stoun bildirmişdir ki, ala-bəzək rəng qamması arxa plana keçəcəkdir.
Modelyer xanım hesab edir ki, moda dünyasında klassik Amerika üslubu üstün mövqedə dayanacaqdır. Zövqlü qadınlar üçün əsas rəng ağ və qara olacaqdır.
C.Stounun fikrincə, bu rənglər həddən artıq gözəldir. Axı məhz bu rəngləri təsadüfən “krallara layiq rənglər” adlandırmırlar.
Amerikalı modelyerlərin yaz-yay mövsümü geyimlərində ağ və qara rənglərin üstünlük təşkil edəcəyinə əminlikləri Nyu-Yorkda keçirilən “Mercedes-Bens” yüksək moda həftəsi nümayişlərində əksini tapır.
Dünyanın aparıcı dizaynerlərinin kolleksiyaları əsas etibarilə bu rənglərin modellərindən ibarət olmuşdur. Bu il Ralf Loren, Kelvin Klayn və Mark Ceykobs ümumi ahəng yaratmışlar.
Nüfuzlu brendlərin 300-dən artıq geyim kolleksiyasının nümayiş etdirildiyi moda həftəsi Nyu-Yorkdan Londona keçmişdi

AzərTac