Türkiyənin Bodrum şəhərində Quranın qədim əlyazması tapılıb.
Tarixi Təpəcik məscidində məscidin imamı Yüksəl Qılıncarslan Quranın qədim nüsxəsini tapıb.
İmamın sözlərinə görə, o 1737-ci ilə aid qədim əşyalara baxarkən onların arasında qədim xalata bürünmüş əşya tapıb. Xalatı açdıqda isə Quranın qədim nüsxəsini görüb. Quran Bodrum arxeoloqlarının ekspertizasına verilib.
publika.az