İsrailin paytaxtı Təl Əvivdə, kabelsiz internet xidməti, bələdiyyə tərəfindən pulsuz olaraq təqdim edilməyə başlayıb. Fərqli bölgələrə yerləşdirilən 60 wi-fi giriş nöqtəsi sayəsində şəhər sakinləri pulsuz internetdən istifadə edə biləcəklər.
Hökumət, daha əvvəl yalnız aerodromlarda pulsuz olaraq verilən pulsuz internet xidmətini, Tel Əvivin ardından bütün ölkəyə yaymağı da hədəfləyir.
İsrail rəsmiləri internet xidmətindən sui istifadə edənlərin qarşısını olmaq məqsədiylə xidmət göstərilən yerlərdə sürət və məzmunun məhdudlaşdırıldığını bildirib.
ANS PRESS