Əsl balı necə müəyyən etmək olar?
17.9.2013

Əsl balı neə müəyyən etmək olar? 

Bal səhər yeməyinin ən ləziz qidalarından biridir. Lakin əsl balla saxta balı bir-birindən fərqləndirməyi də bacarmaq lazımdır. Biz isə sizə əsl balı ayırmaqda kömək edərik. 
  • Bal soyuducuda donursa, əsl baldır. 
  • Balın qalınlığı çox olmalı və axanda dayanmamalıdır. Kəsik-kəsik axan bal saxtadır. Güllərdən əldə edilən bal sürətlə, digər bal isə daha yavaş axır.
  • Əsl balı qaşıqla alanda kəsilmir. 
  • Soyuducuda 1 ay qalan balın krem ya da kərə yağı qatılığa gəlməsi balın əsl olduğunun göstəricisidir. 
  • Qələmin ucunu bala batırın sonra barmağınıza sürtün. Rəngli yazırsa, qarışıq baldır, rəng çıxmırsa, əsl baldır. 
  • Soyuq havada donmayan bal isə saxtadır. Zeytun yağında olduğu kimi bankanın alt hissəsi donarsa, əsl baldır. 
  • Saxta balın rəngi bir az daha açıq olur, normal balın qoxusu isə yoxdur. Normal balın qatılığı daha çoxdur. 
  • Bal qaşıqdan yerə töküləndə uzanıb hörümcək toru kimi havada uçursa, saxta baldır. 
  • Bal donanda və ya şəkərlənəndə isti yerdə qoymaq və qabı ilə birlikdə isti suda saxlamaq kifayət edir.
  • Əsl balın dadı saxta baldan daha kəskin olur. Çox yeyildiyi zaman yüngül yanma olur. Çünki əsl baldır... 
  • Balda az da olsa, şəkərdən dolayı alkoqol var. Buna görə də kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanar. 
Publika.Az