5 dəqiqə ərzində 49 diş sarımsaq yedi
17.9.2013

Dünyada ən sürətli sarımsaq yemə çempionatı Böyük Britaniyada keçirilib.

Dorset şəhərində keçirilən yarışda 26 iştirakçı olub. Müsabiqə ilk dəfə keçirildiyindən orada yalnız Britaniya vətəndaşları iştirak ediblər. Qaydalara görə beş dəqiqə ərzində mümkün qədər çox sarımsaq yemək tələb edilib.

Müsabiqənin qalibi Çarmutdan olan Oliver Farmer seçilib. O beş dəqiqə ərzində 49 diş sarımsaq yeyib. Farmer 160 dollar priz qazanıb. İkinci yeri isə Sitaunlu Ali Harvi tutub. O 46 diş sarımsaq yeyib.

publika.az