Günün qoroskopu
17.9.2013

Qoç - görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır.

Həvəssiz işləməyin.
Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin.

Evdə təmir işlərinə başlamaq olar.
Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər.

Buğa - aldığınız tapşırıqlar və görmək məcburiyyətində olduğunuz işlərin çoxluğu ruh düşkünlüyü yaratmasın. Ən müxtəlif səviyyələrdə ünsiyyət qaçılmazdır.

Yeni və faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Şəxsi münasibətlərdə fəallaşmaq gərəkdir.
Tərəfdaşla münasibətlərin müvazinəti uğurun əhəmiyyətli hissəsini təşkil edir.

Əvvəllər həyata keçirdiyiniz əməliyyata görə ödənişin alınması və ya kiminsə sizə borc qaytarması istisna deyil.
Yaşam arealına diqqət ayırın.

Əmək və istirahətin balansına nail olun.
Alış-veriş üçün axşam saatlarını seçin.

Əkizlər - diqqətinizi praktiki işlərə yönəldin, yaşam arealını qaydaya salın, faydalı nəsnələri əldə edin.
Alış-verişdə qənaət etmək mümkün deyil.

Yaşamınızda yaranan mövzulara fikir verin.
Əvvəllər hazır olmadığınız məsələlərə laqeyd qalmayın və onları reallaşdırmağa başlayın.

Təşəbbüslər çoxdur. Amma ən mühüm məsələ real uğurlara nail olmaq üçün yetərincə səbrə malik insanların dəstəyini almaqdır.

Ünsiyyət yenilənmə və cari hadisələrin axarını sürətləndirə biləcək xəbərlər vəd edir.
Şəxsi münasibətlərdə yaranan problemləri həll edin.

Xərçəng - hadisələri tələsdirməyin, süni intensivləşməyə əl atmayın. Planlaşdırılmış işi aramla yerinə yetirin. Təklif alsanız, rədd cavabı verməyin.
Faydalı məlumatların alınması və planlara zəruri dəyişikliklərin edilməsi istisna deyil.

Yaxşı tanıdığınız insanlarla ünsiyyətdə olun.
Alış-verişə çıxa bilərsiniz.

Dostlarla görüş hansısa mövzunu aktivləşdirə bilər. Dəyişikliklər ərəfəsi olduğunu bildirən siqnallara fikir verin.
Yaxın ətrafınızdakı insanlardan birinə yardım etsəniz, sizə minnətdar olacaqlar.

Axşam saatlarında qəfil görüş, hədiyyə istisna deyil.
Təbiət qoynunda istirahət edin.

Şir - aram ritmə, hadisələrin təxminlənən məcrasına malik gündür. İşdə və söhbətlərdə maddi maraq diqqət mərkəzində olacaq. Müstəsna çeviklik nümayiş etdirərək faydalı əlaqələri maraqlarınızın ətrafında birləşdirə bilərsiniz.

Görməli olduğunuz işləri, tərəfdaşların təkliflərini və planları saf-çürük edin. Nəyi ön plana çıxarmaq, nəyə də hələ vaxt sərf etməməyin daha əfzəl olduğunu müəyyənləşdirin.

Maraqlı görüş, tanışlıq ünsiyyət çevrənizi yeniləyə bilər.
Şəxsi münasibətlərdə səbrli olun. Təmaslarda uzun söhbətlərdən qaçın. Tərəfdaş sizdən problemləri ilə bağlı qayğı və diqqət gözləyir.

Qız - istək və niyyətləriniz artır. Xərclər yeni gəlir mənbələri tələb edir. Həvəs, səbr və şövqlə çalışın. Təcrübə, təhsil, bilikləri artırın. Bütun bunların perspektivlərə təsir edəcəyini intuitiv olaraq anlayırsınız.

Yalnız ciddi maliyyə perspektivləri olmaqla yanaşı, sosial statusunuzu artıra biləcək layihələrə qatılın.

Ev işlərini çözmək, ailə üzvləri ilə məsləhətləşmək zamanıdır.

Birgə istirahət ailə üzvlərinin hamısının yaxşı əhvalda olmasına və yeni planların yaranmasına səbəb olacaq.

Tərəzi - mövqeləriniz daha səbatlı, möhkəm olur. Maddi maraq effektiv çalışmaq və yaradıcı məziyyətlərin aşkarlanması üçün əla stimuldur.

Estetik məzmunlu fəaliyyət, interyerin yenilənməsi, alış-veriş üçün yaxşı gündür.
Etiraf, izahat, taleyüklü qərarların qəbul edilməsinin zamınıdır.

Bu gün başlanan mövzular uzunmüddətli inkişaf və böyük məcraya malik perspektivlər vəd edir.
Sizi narahat edən məsələnin həllində rəğbət əhəmiyyətli rol oynaya bilər.

Səmimi olun, istədiyinizi alacaqsınız. Eqoist olaraq təzyiqlərə əl atsanız, problemlərlə qarşılaşacaqsınız.

Əqrəb - peşəkar fəaliyyətdə həmkarlarla perspektivləri müzakirə edin, işi paylaşın. Mənfəət vəd edən ünsürləri seçin. Praktiki fəaliyyət ön planda olmalıdır.

İstirahətdəsinizsə, dostların məclisində olun.
Evdə və ailədə qayğılar artır. Onlar xoş hadisələrlə bağlı olsalar da, yük çoxdur və problemlər bir günlə başa çatan deyil.

Yaşam arealını qaydaya salın.
Alış-veriş üçün uğurlu gündür.

Oxatan - sakit, sülhməramlı gündür. Bir qədər ətalət, tənbəllik hiss oluna bilər. Maraqlandığınız nəsnələrə vaxtınızı sərf edərək önməli işə diqqəti zəiflətməyin. Ev işləri, yaşam arealının qaydaya salınması üçün yaxşı gündür.

Zərurət yaranarsa, böyük həcmdə işi görün. Detallara fikir verin, planları dəyişin.
Pozitiv təmayüllər yaxın ətrafınızdakı insanlardan birinin sizə münasibətini dəyişəcək və gərəkli yardımı alacaqsınız.

Qeyri-adekvat etirazla qarşılaşmamaq üçün ətrafınızdakı insanlara təzyiq göstərməyin.

Oğlaq - mühüm dəyişikliklər mərhələsinə daxil olursunuz. Alınan informasiya, məlumatlar cari hadisələrdə böyük rol oynayır. Təmasları aktivləşdirin, yazışın, yeni məlumat mənbələri və qarşılıqlı fəaliyyət sxemlərini araşdırın.

Kursa düzəlişlər etmək, yeni məqsədlər seçmək üçün əlverişli zamandır.
Kiminləsə ümumi fəaliyyətdə nöqsanları aradan qaldırmaq, daha yaxşı həll variantı tapmaq imkanları var.

İdeyalarınız çoxdur, amma etibar etdiyiniz insanların yardımı olmadan işin öhdəsindən gələ bilməyəcəksiniz.
Gərginliyin yığıldığı situasiyalarda ehtiyatlı olun.

Şəxsi münasibətlərdə rahatlıq və stabillik ön planda olmalıdır. Heç bir istiqamətdə tələsməyin.

Dolça - artan gərginlik baş verənlərin məsuliyyətinin kiminsə daşıması ilə bağlı tələbat hissi yarada bilər. Amma hər şey qəflətən dəyişə bilər və təşəbbüs sizə keçər.

Hər halda sizin üçün mühüm məsələdə irəliləyişlər olacaq. Prioritetlər qarışır, zamanını gözləyən mövzu diqqət mərkəzinə çıxır. Dəyişikliklərdən qurtulmağa çalışmayın. Səhvləri düzəldin, təmasları və əlaqələri bərpa edin.

Günün ikinci yarısında səhhətintizlə məşğul olun. Yaxınlarınızı tənqid etməyin, onlardan sirr saxlamayın.
Axşam saatlarında yaşamınıza parlaq çalarlar qatın.

Balıqlar - uğurlu gündür, cəsarətli olun. Danışıqlar, informasiya və sənədlərlə iş, təhsil və səfər gözlənilən nəticələri verəcək.

İmkan, bilik və bacarıqlarınızın təqdimatı yaxşı effekt verə bilər.

İşgüzar tərəfdaşlarla dil tapmaq, əməkdaşlıqla bağlı yeni təkliflərin alınması istisna deyil.
Şəxsi münasibətlərdə stabilləşmə dövrüdür.

Ümumi maraqlar tapın, yaxın gələcəklə bağlı planları müzakirə edin. Yaxın dəyişikliklər və yeni imkanlarla bağlı siqnallar alacaqsınız.
İmicinizə fikir verin.
Alış-veriş üçün əlverişli zamandır.

Milli.Az