Finlandiyanın "Nokia” şirkəti "Nokia 108” telefonunu təqdim edib. İstehsalçı yebni cihazı "çox ucuz kamerofon” adlandırıb. Sözügedən model 0,3 meqapiksellik kamera ilə təchiz edilib və qiyməti 29 dollar təşkil edəcək.
"Tech.onliner.by” saytına istinadən bildirir ki, "Nokia 108” telefonu 1,8 düymlü 160×128 piksel təsvir ölçülü rəngli ekran, "Bluetooth 3.0” modulu, 3,5 millimetrlik audio konnektor, 4 MB daxili yaddaş və "microSD” slotu ilə təchiz edilib. Model "3G” şəbəkələrini dəstəkləmir. Satışa, həmçinin "Dual SIM” versiyalar çıxarılacaq.
"Nokia 108”in ölçüləri 110×47×13,5 mm, çəkisi 70 qr təşkil edir. 950 milliamper/saat tutumunda batareya danışıq rejimində 14 saat və ya gözləmə rejimində 1 aya kifayət edir.
Video
Ann.az