Azərbaycan prezidenti Bərdənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb
18.9.2013

Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.

APA