Meksikada bir rəssam əski silahlardan hazırladığı musiqi alətini nümayiş etdirib.
Rəssam Pedro Reyes avtomatlaşdırılmış orkestr yaradıb. Ərsəyə gətirdiyi əl işləri ilə bu ölkədə xüsusi şöhrət sahibi olan Reyes bu kəşfə silahların köməyi ilə nail olub. "Disarm" adlı bu orkestr ilk dəfə ötən ilin qışında" Con Lennonunun "İmagine-in" kompozisiyası ilə yaddaşlarda qalmışdı.
Sonuncu kəşfə isə daha 8 alət əlavə olunub. Paytaxt Mexikoda hazırlanan bu mexanizm media-studiyasının musiqiçiləri ilə birgə işlənib. 6700 növ silah hissəciklərindən ərsəyə gətirilən orkestr qrupu polislər tərəfindən qruplaşma üzvlərindən müsadirə edilmiş müxtəlif tapança, tüfəng, avtomat pulemyot və.s kimi silahlardan hazırlanıb. Burada hətta barıtdan da istifadə olunub. Öncə strukturu yaradılan idea daha sonra avtomatik əmrləri icra edən elementlərin əlaqələndirilməsindən sonra əvvəlcədən verilmiş proqram əmri ilə işə düşür.
Müəllif kəşfi haqqında deyib: “Disarm”ı yaradaraq öz əsas məqsədlərimdən biri haqqında ideyamı nümayiş etdirdim. Ümid edirəm ki, bu iş gərgin vəziyyətin sosial və psixoloji dəyişikliyi üçün faydalı olacaq”. Qeyd edək ki, öldürücü metal hissəciklərindən düzəldilən mexanizm ilk dəfə Londondakı “Gallery”də nümayiş etdirilib. 5 oktyabr 2013-cü ildə isə Pitsburq “Karnegi İncəsənət Muzeyində” (Carnegie Museum of Art) çıxışları başlayacaq.
VIDEO
ANS PRESS