Azərbaycanda daha bir park-bulvar kompleksi tikilir
18.9.2013

Gəncə çayının sahilində park-bulvar kompleksi salınır.

Hazırda çayın məcrasında aparılan təmizləmə və beton bəndin inşası işləri yekunlaşmaq üzrədir.

Hazırda Gəncə çayının sağ sahilində böyük bənd inşa edilib.

Bənd iki körpünün arasında salınıb. Bəndin alt hissəsinin eni 3, yuxarı hissəsinin eni 2 metr, hündürlüyü isə 4,5 metrdir.

Hər iki tərəfdən beton çərçivəyə alınan çayın məcrası iki yarusdan ibarət olacaq və sonda burada süni göl yaradılacaq.

Hazırda layihənin eskizləri yaradılıb.

Oxu.az