Amerikalı pop ulduz Beyons ana olub
9.1.2012

GoMap portalı "New York Daily News" qəzetinə istinadən xəbər verir ki, R&B müğənnisi qızına Avi Blu Karter adını verib. Uşağın və ananın vəziyyətinin yaxşı olduğu bildirilir.
Müğənninin axşam saatlarında Nyu-Yorkdakı Lenoks Hill xəstəxanasına gedərək İnqrid Cekson adı ilə qeydiyyata düşdüyünü yazan qəzetin xəbərinə görə, Beyons və həyat yoldaşı Ceyz xəstəxanının dördüncü mərtəbəsini 1,3 milyon dollara kiralayıb.