Nüfuzlu “Billboard” musiqi jurnalı məşhur britaniyalı müğənni Pinki (P!nk) “İlin qadını” adına layiq görüb.
Mükafat müğənniyə dekabrın 10-da keçiriləcək təntənəli mərasim zamanı təqdim olunacaq.
Məlumata görə, Pinkin “The Truth About Love” adlı ötənilki albomu (əsl adı Alisiya Bet Mur) müğənninin karyerasında ilk dəfə olaraq “Billboard 200” reytinqinə liderlik edib. Bundan əlavə, 2013-cü ildə “Just Give Me a Reason” sinqlı Pinkin Billboard jurnalının “Hot 100”də ilk pilləyə qalxan dördüncü işi olub.
Bunadək sözügedən mükafata Beyons, Teylor Svift və Ferci də layiq görülüb. 2012-ci ildə bu titul Keti Perriyə təqdim olunub.
Video
gun.az