Müslüm Maqomayevin doğum günüdür
18.9.2013

Bu gün bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai xadim, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi Azərbaycanın əməkdar incəsənət xadimi Müslüm Maqomayevin doğum günüdür.
O, 18 sentyabr 1885-ci ildə anadan olub.

O, Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olub. Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçüb. Burada çeçen qızı ilə evlənib. Ailənin böyük oğlu olan Abdulmüslüm 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlayıb. “Şah İsmayıl”(1916) və “Nərgiz” (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə “Azərbaycan Türk Xalq Mahnıları”nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənib) nəşr olub.

M.Maqomayev “Xoruz bəy (operetta)”, “Dəli Muxtar (opera)” və “Ceyran” rapsodiyası, “Azərbaycan çöllərində”, “Azad olmuş Azərbaycan qadının rəqsi”, “Dərviş”, “Şəlalə” kimi simfonik əsərlərin müəllifidir.

M.Maqomayev müğənni, bəstəkar Müslüm Maqomayevin babasıdır. Həmçinin, kinorəssam Məhəmməd Maqomayevin atasıdır.

Dahi şəxsiyyət 28 iyul 1937-ci ildə vəfat edib.

gun.az