Valideynlərə 1,7 milyon dollar kompensasiya
18.9.2013

2011-ci ilin yazında Yaponiyada baş verən təbii fəlakətlərin araşdırması başa çatıb.

Hakimiyyət uşaq bağçalarından birinin rəhbərliyini uşaqların ölümündə günahlandırıb. İsinomaki şəhərində yerləşən uşaq bağçasının rəhbərini valideynlərə 1,7 milyon dollar kompensasiya verməyə məcbur ediblər.
Məsələ ondadır ki, uşaq bağçasının rəhbərliyi 9 bal gücündə zəlzələdən sonra heç nə olmamış kimi uşaqları avtobuslara yığaraq evlərə aparıb. Bağça özü hündürlükdə olduğundan təhlükəsiz olub. Lakin yolda zəlzələdən sonra yaranan sunami avtobusu batırıb. Dörd uşaq və tərbiyyəçi həlak olublar.

publika.az