Şahzadə soyuducuda yatdı
18.9.2013

Şahzadə Uilyamın kiçik qardaşı Harri ekstermal səyahətə hazırlaşarkən ağır sınaqdan keçməli olub.

Cənub Qütbünü fəth etməyə gedən şahzadə 24 saat soyuducuda qalmalı olub. Tempratur -35 dəfə olub, süni külək isə saatda 63 metr sürətlə əsib. Cənub Qütbünə səyahət 2013-cü ilin noyabrında başlayacaq və bir ay davam edəcək. Qrup 300 km irəliləyəcək. Şahzadədən başqa komandada ABŞ, Kanada və Avstraliyadan olan üç hərbçi də olacaq.

Ekspedisiya Walking with the Wounded təşkilatının yardımı ilə təşkil edilib. Təşkilat hərbi əməliyyatlar nəticəsində əlil olmuş veteranlara kömək məqsədilə yaradılıb. Şahzadə Harri bundan qabaq da 2011-ci ildə üç gün Şimal Qütbündə olub.

publika.az