Günün qoroskopu
19.9.2013

Qoç - işlərdə həddən artıq təşəbbüskar olmayın. Cari və rutin işləri yerinə yetirməklə kifayətlənin.

Yeni tapşırıqları həvəslə qarşılamayın. Ətrafınızdakı insanlar davranışınıza təəccüblənsə belə, bu günü risksiz başa vurun. İşdə rəhbərlik və həmkarlarla problemlər yarana bilər. Maliyyə fonu stabildir. Böyük gəlir olmadığından xərcləri azaldın.

Günün ikinci yarısı ailəvi tədbirlər, qohumlar və dostlarla görüş üçün əlverişlidir. Darıxdığınız insanla bir araya gəlməyiniz də istisna deyil.
Axşam saatlarında normal istirahət edin.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Gün ümumən pis deyil.

Amma əhvalınız normal sayıla bilməz. Səbəb günün əlverişsiz emosional fonudur.

Məhz buna görə ən xırda məsələlər sizi təbdən çıxarır, bəzən aqressivləşirsiniz.
Ruhi müvazinəti qorumağa çalışın. Sakit, rəvan şəkildə işləyin.

Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Almaq istədiyiniz əşya düşündüyünüzdən baha ola bilər.
Əks cins mənsubu ilə dil tapmaq asan deyil.

Əkizlər - yaxşı perspektivləri olan gündür. Həvəslə çalışdığınız işdə uğur əldə edə bilərsiniz.

Çətinliklər yaransa belə, yaradıcı yanaşma sərgiləndiyi təqdirdə onları asanlıqla çözürsünüz. Bilik və təcrübə müstəvisində irəliləyin.

Mühüm məlumata laqeyd yanaşmayın. Peşəkar nüfuzunuzu artırın. Hətta təcrübəli insanlar belə, sizdən məsləhət istəyəcəklər. İşgüzar danışıqlar yaxşı keçəcək. Yeni iş tapmaq şansı var.

Yaşam potensialı səviyyəsi yüksəkdir. Çox işləsəniz belə, sanki yorulmursunuz.

Fəaliyyətinizdən həzz alın.
Axşam saatlarında açıq havada olun, gəzişin, əylənin.

Xərçəng - yeni işlərə başlamaq üçün əla gündür. Yaranan ideyalar pis deyil və ətrafınızdakı insanların dəstəyini qazana bilər.

Dəvət olunduğunuz tədbirə qatılın. Diqqət mərkəzində ola bilərsiniz. İmicinizi dəyişmək zamanıdır.

Özünüzü daha rahat hiss edə biləcəyiniz obrazı müəyyənləşdirin.
Günün ikinci yarısında problemlər yarana bilər. Peşəkar fəaliyyətdə üzləşdiyiniz maneəni dərhal, nəyin bahasına olursa-olsun dəf etməyə çalışın.

Soyuqqanlı və fəndgir olun, müdrik davranın.

Şir - qətiyyətli və iradəli olun. Belə davransanız, ətrafınızdakı insanların çözə bilmədikləri problemləri həll edəcəksiniz.

Yeni tərəfdaşlarla əməkdaşlıq şərtlərinin müzakirəsi üçün əlverişli gündür. Mühüm sənədləri imzalamaq olar. Lider məziyyətlərinizi nümayiş etdirin. İşdə, karyera müstəvisində irəliləməyə çalışın.

Hüquqi və əmlak məsələlərini mütləq öz xeyrinizə həll edin.
Günün ikinci yarısında sizi narahat edən, qayğılandıran məsələləri yaxınlarınızla müzakirə edin.

Sizi anlayacaqlar.
Axşam saatlarını aktiv istirahətə həsr edin. Təmiz havada olun.

Qız - peşəkar fəaliyyət müstəvisində qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışsanız, gün uğurlu olacaq.

Sərfəli anlaşma, maraqlı işgüzar təkliflərin alınması istisna deyil. Yeni tərəf-müqabillə əməkdaşlığa başlamaq olar.
Səfər, səyahət və ya ezamiyyət ehtimalı var.

Günün ortalarında səhhətinizə fikir verin. Bir qədər dincəlin, istirahət edin.
Yaxınlarınızla ünsiyyət sizi sevindirir. Yanınızda kimsə darıxmır.

Axşam saatları xoş görüşlər, yaddaqalan romantik təmaslar zamanıdır. Rəğbət bəslədiyiniz insanda xoş təəssürat oyadacaqsınız.

Tərəzi - bütün diqqəti işə yönəltmək asan deyil. Boş söhbətlər, ev işləri ilə bağlı fikirlər maneələr yaradır.

Emosional fon stabil deyil. Əhvalınız sürətlə dəyişir və bundan ən çox əziyyət çəkən təbii ki, sizsiniz. Problemləri süni şəkildə unutmağa, qulaqardına vurmağa çalışmayın. İşdə həmkarlarla ixtilaflar, fikir ayrılıqları yarana bilər.

Ən kiçik məsələnin ciddi münaqişənin bünövrəsinə çevrilməsinə imkan verməyin.
Günün ikinci yarısında istirahət etmək, problemləri unutmaq istəsəniz də, alınmayacaq.

Xoşagəlməz fikirlər sizi tərk etmir.
Ailə üzvlərindən birinin davranışı sizi qayğılandırır.

Əqrəb - mürəkkəb, qarışıq gündür. Neqativ emosiyaları və kəskin hissləri nəzarətdə saxlamaq çətindir.

Adi vaxtlarla müqayisədə daha çox gərgin, stressli, qıcıqlısınız. Hətta sizə səmimi qəlbdən rəğbət bəsləyən insanlar belə, uzaq durmağa, ünsiyyətdən qaçmata çalışırlar. Bu səbəbdən özünüzü tənha, yalnız hiss edə bilərsiniz.

Situasiya günün ikinci yarısında, yeni tapşırıqlar və işlər peyda olanda, müşküllərin həllinə başlayanda bir qədər normallaşacaq. Çətinlikləri dəf etmək üçün təxəyyülünüzü işə salın.
Hətta rutin, yeknəsək işlərin həllinə yaradıcı yanaşın.

Oxatan - sədlərə və maneələrə fikir vermədən məqsədə doğru irəliləyin. Ətrafınızdakı insanların narazılıq və tənqidlərinə əsla fikir verməyin. Yeni informasiya, xəbər alaraq xoşagəlməz situasiyanın öhdəsindən gələ bilərsiniz.

Gələcəklə bağlı planları müəyyənləşdirin.
Günün ikinci yarısı işgüzar görüşlərlə yanaşı, romantik təmaslar üçün əlverişlidir.

Alış-veriş uğurlu olacaq. Axşam saatlarını sakit keçirin.

Yaxşı filmə baxın, maraqlı kitab oxuyun, şəhərin səs-küyündən kənarda bir qədər dincəlin.
Belə istirahət faydalı olmaqla bahəm, xoşdur.

Oğlaq - hadisələr və işlərlə zəngin gündür. İşdə gərgin çalışmalı olacaqsınız. Evdə də qayğılar az deyil.

Artan iş, gərgin ritm səhhətinizə ziyan vura bilər. Nəqliyyat vasitəsindən istifadəni minimuma endirin.

Etibar etdiyiniz insanla, tərəfdaşla yeni anlaşma əldə etmək olar.

Yaxşı tanımadığınız insanla sövdələşmək və razılaşmaq məsləhət deyil.
Günün ikinci yarısı qəza və travma risklidir, ehtiyatlı olun.

Axşam saatlarını yaxınlarınızla ünsiyyətə həsr etsəniz, vaxtınız xoş keçəcək.

Sevdiyiniz insan yanınızda olmaq istəyir. Bəzi ideya və planlarınızı onunla bölüşə bilərsiniz.

Dolça - müsbət təmayülllərin təsiri güclüdür. Gün əlverişlidir, uğur vəd edir.

Əvvəllər əldə etdiyiniz biliklər və bacarıqlar, habelə məlumatlar karınıza gələcək.
İşdə rəhbərlik peşəkarlığınıza diqqət yetirə bilər.

Maaşın artması, vəzifənin böyüməsi istisna deyil. Birgə layihədə çalışmağa başlamaq üçün əlverişli gündür.

Müttəfiqlərlə yanaşı, yeni dostlar tapacaqsınız.
Evdə işlər çox olsa da, ailə üzvləri və yaxınlarınızın köməyi ilə problemlərin öhdəsindən gələcəksiniz.

Gəlir əldə edə bilərsiniz. Məbləği boşuna xərcləməyin. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir.

Balıqlar - uğursuz emosional fonu olan gündür. Narahat, nigaran, bəzən aqressivsiniz.

Həmkarlarla münasibətlər gərginləşir. Güzəştə getməyi bacarın. Yardım istəyənlərə kömək edin.

Qayğılarınız və işlərinizin ümmanında bataraq ətrafınızda baş verən hadisələrə laqeyd qalmayın. Maraqlı imkanları əldən verməyin.

Mənəvi tarazlığı bərpa etməkdə yaxınlarınız və ailə üzvlərinizə güvənin. Onlar gərəksiz sözləri tapacaqlar.

Qəfil hədiyyələr, xoş sürprizlər ola bilər. Romantik görüş uğurla başa çata bilər.

Milli.Az