Dünyanın ən bahalı maşınları - FOTO
19.9.2013

Bu maşınların qiymətləri dodaq uçuqladır. Bu göz oxşayan, cib yandıran sərvət dəyərindəki maşınlardan bəzilərini oxucularına təqdim edir.

Superkar "Ferrari 275 GTB" Amerika keçirilən hərracda 27,5 milyon dollara satılıb. Bu, markanın satış qiyməti üzrə rekord olub. Avtomobil satılmamışdan öncə Eddi Smit ailəsinə, məşhur ”National Wholesale Company” şirkətinin sahibkarına məxsus olub.


"Mercedes-Benz W196R" Formula 1 yarış avtomobili 30 milyon dollara satılıb. Bu maşın hərracda satılan,“Formula 1”-in və “Mercedes” şirkətinin fəaliyyət dövründə dünyaca ən bahalı avtomobili sayılır.


Bu yaxınlarda Cenevrədə ən böyük avtosalonlardan birində "Lamborghini Veneno"un prototipi satılıb. "Forbes" jurnalı bu maşına “2013-cü ildə dünyanın ən bahalı maşını” adı verib. Bu gözəlçənin qiyməti 3,9 milyon dollar təşkil edir. Protatip istehsalçının 50 illiyi yubileyinə həsr olunaraq buraxılıb. Mühərriki 750 at gücünə bərabərdir və 100 km sürəti 2.8 saniyədə yığır. Maksimal sürəti isə saatda 357 km-dir.


"Bugatti Veyron" 2012-2013-cü illərin ən bahalı avtomobillər siyahısında yer alıb. Avtomobilin qiyməti 2,6 milyon dollar təşkil edir. "Bugatti"nin maksimal sürəti 415 km/s (258 mil/s).


"Ferrari SP12 EC" avtomobili xüsusi olaraq, şəkildə gördüyünüz məşhur gitara ifaçısı Erik Klepton üçün istehsal olunub. Qeyd edək ki, Erikin həm də maşın kolleksiyası var.


"McLaren F1 LM" avtomobilinin qiyməti 4 millyon dollardır.


"Aston Martin One-77" – qiyməti 1 milyon 700 min dollar. Məşhur aktyor Ceyms Bond məhz bu markanın avtomobillərini sevir və bir neçəsinə sahibdir.


"Koenigsegg CCXR Trevita 2010" - 4,8 milyon dollar. "Trevita"dan ancaq 3 nüsxə buraxılıb. İsveç dilindən tərcümədə "Trevite" “üç ağ” deməkdir. Dünyada ən bahalı maşınlar siyahısında olmaqla yanaşı, həm də 10 ən sürətli avtomobillər siyahısındadır. Maksimal sürəti 402 km/s və 2.9 saniyədə 100km/s yığır.


"Rolls-Royce Hyperion Pininfarina 2008" — 6 milyon dollar. Bu yeganə maşındır ki,bu markanın tarixində kapriolet stilində, Roland Xoll-un sifarişi ilə hazırlanıb.


ANS PRESS