Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nizami Gəncəvi adına qızıl medal təsis ediləcək.
AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu haqda AMEA prezidenti Akif Əlizadə AMEA Rəyasət Heyətinin iclasında bildirib.
İclasda A.Əlizadə alimlərin elmi araşdırmalarda əldə etdikləri yüksək nailiyyətlərinin qiymətləndirilməsi üçün qızıl medalın təsisi məsələsinə toxunub. Akademik bu məsələnin həyata keçirilməsinin elmin inkişafına mühüm töhfələr verən alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasında başlıca amillərdən olduğunu qeyd edib. AMEA prezidenti həmçinin AMEA üzvləri üçün döş nişanlarının təsis olunmasının da vacibliyini deyib.
Gün.Az