Dünyanın ən uzun kababı çəkiləcək
19.9.2013

Kazan kulinarları dünyada ilk dəfə halal mal ətindən 180 metr uzunluğunda kabab çəkəcəklər. Bu, oktyabrın 3-6-da Tatarıstan paytaxtında keçiriləcək beynəlxalq sərgidə baş verəcək. Kabab üçün nəhəng manqal hazırlanıb. Rekordu qeydə almaq üçün isə “Ginnesin rekordlar kitabının” nümayəndələri dəvət edilib.

Bundan əvvəlki “rekordçu” kababın uzunluğu təxminən iki metr idi, lakin onun əti "halal" deyildi.

Kazan ali məktəblərinin, Rusiya İslam Universitetinin tələbələri və jurnalistlər kömür hazırlamaqda, əti ümumi şişə keçirməkdə, eyni vaxtda manqala qoymaqda, şişi çevirməkdə aşbazlara kömək edəcək. Bişirilən kabab insanlara paylanılacaq.

Sərginin əsas mövzusu ailə dəyərləri və ənənələrlə bağlıdır. Eksponatlar arasında yalnız ekologiyası təmiz olan bölgələrdə hazırlanmış, keyfiyyətinə istehsalçıların tam zəmanət verdikləri təbii məhsullar olacaq.

publika.az