Porsuq orta əsr xəzinəsi tapdı
19.9.2013

Almaniyada porsuq orta əsrlərdə dəfn edilmiş iki Slavyan knyazının məzarını tapıb.

Məzarlarda qiymətli əşyalar olub.

Məlum olub ki, porsuq Berlindən 75 kilometr şimal-şərqdə yerləşən ferma ərazisində yuva qazıb. Elə həmin vaxt da fermada arxeologiya ilə məşğul olan iki heykəltəraş - Lars Vilhelm və Hendrike Rinq olublar.

Heykəltəraşlar yerdən çıxan insan sümüyünü görəndən sonra porsuğun yuvasına kamera qoyublar. Sonradan isə alimlər həmin yeri qazıblar. Ərazidən XII əsrə aid səkkiz qədim qəbir çıxıb. Onlardan ikisi isə knyaza aid olub və içindən bahalı əşyalar çıxıb.

publika.az