Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesi keçiriləcək. II Bakı Beynəlxalq kukla biennalesinin əsas məqsədi nüfuzlu beynəlxalq təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmiz ilə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdən ibarətdir.
Bu sərgi Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti qazandıracaq.
Biennale çərçivəsində ustad dərslərinin keçirilməsi şərti ilə aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək və dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanı veriləcək.
Noyabrın 5-dən 10-dək davam edəcək sərgidə müxtəlif ölkələrin kukla ustalarının işləri nümayiş olunacaq.
baku-art.az