Bu oyun bir neçə günə 800 milyon dollar qazandırdı
20.9.2013

Bu oyun çıxdığı andan bir neçə gün ərzində 800 milyon dollar qazanıb.

Publika.Az-ın məlumatına görə, çoxdan gözlənilən video oyun “Grand Theft Auto V” elə ilk günlərdən sahiblərinə milyonlar qazandırıb.

Oyun əsasən Şimali Amerika və Avropada satılıb. Hələ ki, satışlar Yaponiya və Braziliyada başlamayıb. Analitiklərin hesablamasına görə, oyun sadəcə bir ay ərzində 1 milyard dollar gəlir gətirəcək. Onun ərsəyə gəlməsinə isə 265 milyon dollar xərclənib.

publika.az